XIDMETLER 

XUSUSI SIFARIS

Geyimlərin sifarişlə tikilməsi


“ISTANBUL UNIFORM” şirkəti xüsusi geyimlərin istənilən modeldə sifarişlərini həyata keçirir.

Biz xüsusi geyimlərinizin, sizin arzu və istəkləriniz – parçanın rəngi, ciblərin forması, sayı və bağlanma tərzi, kapüşonlu olmağı, –  nəzərə alınmaqla hazırlanmasını təmin edirik.

LOQOTİPLƏRİN VURULMASI

Loqotip və şevronların vurulması

 

Bu gün bir çox şirkətlər öz korporotiv üslublarına böyük önəm verirlər. Müasir xüsusi geyim təkcə qoruyucu funksiya daşımır, o həmçinin şirkətin korporativ mədəniyyətini və fəlsəfəsini əks etdirir. Simvolik məna və korporativ rənglərlə işlənmiş geyimlər tez tanınır, şirkətin mövqeyini bərqərar edir, brendin tərkib hissəsini təşkil edir.

 

“ISTANBUL UNIFORM”-nın hər üç müştərisindən biri loqotip vurulma xidmətindən istifadə edir. İş kateqoriyasından asılı olaraq, biz sifarişçilərin tələb və maliyyə durumlarını nəzərə alıb bir neçə variant təklif edirik:

 

Şelfoqrafiya – qiymətdə ən münasib və populyar çap növüdür. Parçanın növündən asılı olmayaraq, loqotiplər boya ilə vurulur. Adətən, loqotib daha parlaq və səlis görsənir. Şelfoqrafiyanın özəlliklərindən bir isə onun həm parçaya, həm də hazır geyimə çox asanlıqla vurulmasındadır.

 

Termoçap  - ucuz və sürətli çap növüdür. Bu növ loqotipi geyimin istənilən yerində çap etmək olar. Hətta ən xırda elementləri və rənglərin çalarlarını belə asanlıqla vura bilir.

 

Tikmə üsulu - ən keyfiyyətli, lakin ən bahalı çap növüdür. Bu növ loqotip uzun müddət öz keyfiyyətini qoruyub saxlayır. Yalnız yapon tikiş maşınları vasitəsi ilə poliefir, süni ipək və odadavamlı aramid saplardan tikilir. Bu növ çap üsulu həm baş geyimlərinə, həm də hazır geyimlərə vurula bilər.

Bundan başqa xüsusi geyimlərə şevronların hazırlanmasında da istifadə olunur. Bu üsul çapda istifadə olunan saplar işığa davamlı olur və solmur. Naxışlar dəfələrlə yuyula və kimyəvi maddələrlə təmizlənə bilər: onlar ilkin rəngini və formasını dəyişməyəcək.

 

Bütün qeyd olunanları nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, xüsusi geyimlərə vurulan loqotiplər işin təhlükəsiz yerinə yetirilməsini təmin edir.

© 2019 by ISTANBUL UNIFORM. Proudly created with www.isgeyim.az www.iscigeyimleri.com www.isgeyim.com

  • Facebook - Black Circle
  • Twitter - Black Circle
  • Google+ - Black Circle